Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə...
Gəl e, gəl qırılıb qırağa düşmüş
O qol budağımdan meyvə dər mənə...
Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
Cırıb tullayıram…poçt qutusuna...
Gözləməkdən gözüm çuxura düşüb,
Gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
Bağışla, otağım tör-toküntüdü...
Cox sag olun
siz saqolun...
ahhhh.sevmek asan olsa da sevilmek cox cetindi.
qemli olsada yaxwidi
teşekkur edirem
çox qəşəng
Cox saqol
Gözləməkdən gözüm çuxura düşüb,
Gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
Bağışla, otağım tör-toküntüdü... *THUMBS UP*
Senin kimi gozel weirdi :-{}
Meleyim çox saqol :-{}
ela
Ela gunun olsun
super ellerine sagliq,sennen yoxdu daa
:-{} ele sennen de yoxdu *HEART*