Ağlama, Anam Qarabağ,
Biz hələ chat`la məşğuluq..!
Qeyrət bizdən düşüb uzaq,
Biz hələ chat`la məşğuluq..!
Xəbər salmısan dünyaya,
Kömək edəcəyik guya.?!
İnanma ki, kimsə duya,
Biz hələ chat`la məşğuluq..!
Tutulacaq verilən söz,
Döz, ay Ana, döz, hələ döz..
Bizi yada salma tez-tez,
Biz hələ chat`la məşğuluq..!
Kimədir sitəmin, kimə?
Bizdən heç küsüb incimə..
Bizə “oğlum”, “qızım” demə,
Biz hələ chat`la məşğuluq..!
Türk yurdusan, nida! Amma..
Pay vermərik yada! Amma..
Canımız da fəda! Amma -
Biz hələ chat`la məşğuluq..!
Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!