Yaşamaq olubdu qəribə güman,
Saxtadı gözlərdə baxışda aman,
Doğrunu tapmayan çıxdıda getdi.
Keçmişlər qoyubdur könüllərdə iz,
Həftələr, aylarda, günlərdə qəliz,
Bir zaman çətindi söyləyən sənsiz,
Yön alıb yadlar tək baxdıda getdi.
Məhəbbət ölçülür dövlətlə varla,
Ay Məcnun bu günə gəlginən ağla,
Gedibsə nə an,nədə soraqla,
Vəfasız onsuzda atdıda getdi .
Düz desən düşəsən dildə qınağa,
Dəb olub şişirtmə düşüb dodağa
Çoxusu qəlbində dərd boğa-boğa,
Tərk edib dünyadan qaçdıda getdi.
Yenilik tək budur yeni il gəlir,
Gəlişi gedişi ömürdən gedir,
Şaxta baba Qarqızdan şikayət edir,
Manatı dollara satdıda getdi.
Seymurun sözlərdi dövləti varı,
Unutmaz qəlbində sevdiyi yarı,
Rast gəlsəs nə vaxtsa deyərsiz barı,
Rəhmətlik bir zaman yazdıda getdi.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
Ugurlu olsun inwallah ela
təşəkkür edirəm
hm
yaxsidi
yaxşı güünüz olsun