26.09.2013
 Hedisler!!!
37, Baku, Αζερμπαϊτζάν

Hədis 451: Həzrət Əli (ə) buyurur: “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.” * * * Hədis 452: Həzrət Məhəmməd (s) buyurur: “Ehtiyacı olmadığı halda mö`min qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.” * * * Hədis 453: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lə`nət etsin.” * * * Hədis 454: Həzrət Əli (ə) buyurur: “Həyat ölümə necə də yaxındır!” * * * Hədis 455: Həzrət Əli (ə) buyurur: “Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.” * * * Hədis 456: Həzrət Əli (ə) buyurur: “Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.” * * * Hədis 457: Həzrət Əli (ə) buyurur: “Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.” * * * Hədis 458: Həzrət Məhəmməd (s) buyurur: “Batini zahirinə müxalif olan kəs münafiqdir.” * * * Hədis 459: “(Həzrət peyğəmbərdən (s) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.” * * * Hədis 460: Həzrət Məhəmməd (s) buyurur: “Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.” * * * Hədis 461: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.” * * * Hədis 462: Həzrət Əli (ə) buyurur: “Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.” * * * Hədis 463: Həzrət Əli (ə) buyurur: “Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu ne`mət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.” * * * Hədis 464: Həzrət Əli (ə) buyurur: “Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.” * * * Hədis 465: İmam Sadiq (ə) buyurur: “Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά