Bu şeiri mene neynemek olar Yuska zamaneyle bariş diyen bir nefere hesr etmişem:De nece barişim men bu zamanla........
Ədalət şam kimi əriyir Allah
Zor haqqi divara diriyir Allah
Yalan ayaq açib yeriyir Allah
Bacara bilmirse doğru yalanla De nece barişim men bu zamanla
Mərdlərin başini namərdlər yiyir
Şərə göz vermiyib göz yumur xeyr
Gədalar özüne şahən şah diyir
Yaxşiliq iş görür pisle yamanla De nece barişim men bu zamanla
Üreklər soyuyub olub buz kimi
Namus çeynənilir bir saqqiz kimi
10 ilin pozqunun təmiz qiz kimi
Gəlin köçürən var toyla nişanla De nece barişim men bu zamanla
Bığsız kişiləri el ağsaqqalı
Elindən dəm vurur ağildan kalı
Pələngə tay olub çaqqal çuqqalı
Qoyunu analıq edir qabanla De nece barişim men bu zamanla
Qeyrət çoxları üçün olub qeyri ət
1milyon qaçqını olan bu millet
Dözüb səbr eliyir dəhşətdi dəhşət
Yuya bilmiriksə biz qani qanla De nece barişim men bu zamanla
Ramil Seferov azadliq hanı?
Verdi yad əllərə o mərd oqlanı
Allah yerə soxun Azerbaycanı
Bu həyali canla bu həyacanla De nece barişim men bu zamanla
İnd bir şüvar var yaşasin rüşvət
Başda vəzifədir ayaqda qeyrət
Bu yolla yaraya gedir bu millət
Yolu kəsmək olmur hətta quranla De nece barişim men bu zamanla
Atir anasin oğraşar bu gün
Edirsə qocalar evinə sürgün
Qarabağ alinar?bu qeyr mümkün
Dünyanı titrədən ahu fəğanla De nece barişim men bu zamanla
Hərkəsən öz xeyrin güdür həyatda
Bu işə Allahda mat qalıb hətda
2doğma qardaş 1dmin altda 1ocaq yandirir 2qazanla De nece barişim men bu zamanla
Haqqa yox nəfsədir indi ehtiqat
Bir kimsə yoxsula etmiyir imdat
Varli öz dövlətin çekdirir ey dat
Kasib öz çeksin çeker qapanla De nece barişim men bu zamanla
Varl süfrəsində tox milçək
Durur ac kasibdan hörmetdə yüksək
Pul üçün fağira hansisa eşşək
Eger diyirsə xoruz tək banla De nece barişim men bu zamanla
Kasib ne diyirsə eşşi diyirlər
Dəlidi işdəmir başi diyirlər
İndi dövlətdiyə kişi diyirlər
Mənlik ölçülürsə övlətlə şanla De nece barişim men bu zamanla
Yayin istisində qışın qarında
Kişi var yaşatmaq intizarinda
Neft qaz ölkəsində qul bazarinda
Eşşey tək işdiyir çulla palanla De nece barişim men bu zamanla
Avropa dəbinə olandan kölə
Ar zibil şəklində atilib çölə
Adam az qalır xəcalətdən ölə
Darbalaq şalvarla yarıq tumanla De nece barişim men bu zamanla
Mən vəhşi çimərlik gördüm bu yayda
Diqqət fayişə xana tikilir ayda
Ata moskvada ana dubayda
Oqul parapetdə qiz öznanla De nece barişim men bu zamanla
Şairlər yazmasin sevgi şeirini
Məcnunlar bulvada gəzir leylini
Erkəylər erkəyə salir meylini
Nigah bağlıyırsa zənan zənanla De nece barişim men bu zamanla
Kişi var ev satıb qız kirəliyir
Firminni oteldə can şirəliyir
Arvad uşq isə baş girəliyir
1parça çöreylə bir baş soğanla De nece barişim men bu zamanla
Arvad var erinin sözünə baxmır
Er var avadin üzünə baxmir
Bu dünya güzgüdə özüne baxmir?
Hani Nuh peyğembər gəlsin tufanla De nece barişim men bu zamanla
Məmurlar firon tək əyləşib taxta
Torpaq qanunun icrası saxta
Kompitor texnika olan bu vaxtda
Kendi yer şumluyur xışla kotanla De nece barişim men bu zamanla
Cinyət törədən hakim bizədir
Xəstəsin öldürən həkim bizdədir
Özün kəşf etmiyən alim bizdədir
Bu əsəbi başla bu dərdli canla De nece barişim men bu zamanla
Gerayin saqqizdi yoxsa marojni?
Gören hara baxır bizim tamojni
Xalqın cavanları e kak paloji
Yeni əsrə gedir əldə bayanla De nece barişim men bu zamanla
Cəngi bata bata batır zatımiz
Yallı yox caz gedir camaatimiz
Məhv olmaq üzredir muğamatımiz
Əgər küsmüşüksə tarla kamanla De nece barişim men bu zamanla
Güldürüb özünə şarl atanlari
Birləşmir dünyanın müsəlmanlari
Mənə fitva versin din ürfanlari
2təriqətlə 2azanla De nece barişim men bu zamanla
Azmıdir bu xalqin din işğalçı
Dələduz mollası gopçu falçısı
Hacı pivəsini istehsalçısı
Saziş bağlıyırsa dini dükanla De nece barişim men bu zamanla
Dinlədikcə şeytn çalan havanı
Eyliyrik haqqa qarşı davanı
Çoxu məhşərdəki haqqı divanı
Səf salr embavoddakı divanla De nece barişim men bu zamanla
Mən nəsimi övladıyam ay arsız
Sizə qalsa lap dərimi soyarsız
Kəfənimə qələm varaq qoyasız
Haq dünyasıni gözdüyürem gümanla De nece barişim men bu zamanla
Xəyallara dalıram bir an içində
Günahsız əllərim al qan içində
Bu şeiri yazmışam zindan içində
Mən şair Yusifəm az məni danla barışan deyiləm mən bu zamanla De nece barişim men bu zamanla
İnsanla qəlizdi dünyasa fani böyük ehtiramla Yusif Rüstemli......................................
ALLAh yere soxsun Azerbaycani
her gun qulaq asdigim weirdi
Hmm lap yaxşi brat allah canivi sağ elesin
Bu seiri yuz defe oxumusam 1 il icinde muellifi ile birlikde.
yaxşi elemisen onda menden Ramiz Tekaniyə salam diyersen
Deymez şair üçün bele şeyler yazmaq heçnedi dosi