SÖZÜN DÜZÜ!!...
30, Yasamal, Azerbaidzhan

Növbəti gün dağılmış imperiyada

Kor adam, virus artıq artileriyada
Dözmək çətindi sanki günəşə baxırsan
Gözlərin qamaşır eynək taxırsan
Yumursan gözlərivi çox şeyə
Sənə aid olmayanda vur görməməzliyə
Bilki müftə yalnız nağılda pendir olur
Çox vaxt məmur cinayətkarla əlbir olur
Neftimiz hara axır ço adam anlamır
Fəhlədə kəmərə deşik vurur amma varlanmır
Simalar dəyişir şir dil açır
Yırtıcılar vergilərdən qaçır
Vəzifə uğrunda qətl olunur qürur
Var məmur dalı başınnan uca durur
Əslində hər kəsin öz qiyməti
Əxlaqla yox məbləğlə ölçür hörməti

Var qanımızda bir infeksiya
Tapılmaz ona bir dezinfeksiya
Kondensiya repressiya
Az miqdarda olan bizdə pensiya
Qatdalanıb dildə efilepsiya
Yuxardan aşağı düşmür ereksiya
Beynimdə qızın yanı aqqressiya
İmpotensiya korrupsiya

Fikirdən gecəni yatmıyan məmur təstiq edər
Necədə qəddardı sistem və onu yaradan xadimlər
Səsləri boğur paslanmış zəncir
Yalan həqiqət uçuruma gətirir
Əskinaslar sifətləri əvəz edir
Qalstuklar taleləri həll edir
Haqq mübarizəsi burda həvəsdi
Hər şey məbləğlə ölçülür belə həvəsdi
Haqqı soran güllədən susur
Müxbirlər mane olur məsələ tez həll olunur
Ədalət qapısı əbədi qıfıllanıb
Açarı axtarma sus o gizlədilib
Elmi bilən bilməyənlərin qulluğundadı
Heey alim kömür ağ olmur axı yalandı
Həkimlər çoxdan hipokrat andını pozub
Müəllimlər elimsizliyə namizəd olub


ƏZİYYƏTƏ HÖRMƏT ƏLAMƏTİ OLARAQ ŞƏRH YAZIN

2 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes