Şeytanların Yığıncağı
29, Narimanov, Azerbaidzhan

alt

İblis, bütün şeytanlarla böyük bir yığıncaq təşkil edir. Nitqinə belə başlayır:

"Biz Müsəlmanları məscidə getməkdən saxlaya bilmirik. Onları Quran oxumaqdan və doğru işlər görməkdən də çəkindirə bilmirik. Ondan başqa, onları Allahı və Məhəmməd Peyğəmbəri (s.a.s) düşünməkdən də saxlaya bilmirik. Allahla bağlantıları çox güclüdür, qıra bilmirik."


"Belədirsə, qoyun onlar mescidlərə getsinlər, daim bir yerdə olsunlar. Eybi yox. Amma onların zamanlarını oğurlayın!!! Beləliklə də, onların Allahı və Rəsulu Məhəmmədi düşünməyə vaxtları qalmasın. Sizdən istədiyim tək budur!!!" - dedi İblis.


"Onlari daim məşqul edin, Allahla bağlantıları zəifləsin!!!"
Şeytanlar cavabında: "Bunu necə edə bilərik ki?" - soruşdular.

İblis: "Onların beynini tez-tez kiçik işlərəl, mənasız düşüncələrlə məşğul edin."
"Onları davamlı olaraq xərcləməyə təşviq edin. Xərcləsinlər, xərcləsinlər, sonra da borclansınlar, borclansınlar"

"Xanımları uzun saatlar boyunca evdən xaricdə işləməyə məcbur edin, eyni zamanda kişiləri də həftədə 6-7 gün, gündə 10-12 saat işləməyə məcbur edin. Beləliklə, onların özlərinə və ailələrinə, sevdiklərinə ayırmağa boş vaxtları qalmasın."

"Onları övladları ilə vaxt keçirməkdən çəkindirin. Hətta evdə də işlərinin ağırlığını üzərlərində hiss etsinlər. Beyinlerini elə məşğul edin ki, onları Allahla birgə olmağa səsləyən kiçik səsləri də eşitməsinlər."

"Onlari daima musiqi dinləməyə təşviq edin, evdə, işdə, hətta maşında da radio, CD dinləsinlər. Evlərində TV, VCD, kompyuter daima açıq olsun. Bunlar insanların beyinlərini məşğul edər və bununla da Allahı və Resulu Məhəmmədi düşünməyə vaxtları qalmaz."

"Stol üstündə həmişə qəzet və jurnallar olsun, oradakı xəbərlər beyinlərini 24 saat məşğul etsin. Hətta maşın sürərkən də nəzərlərini reklam plakatlarına çəkin."

"Onların e-mail adreslərini reklamlar, mənasız məktublar, junk maillər, sifariş kataloqları ilə doldurun ki, onları silmək üçün vaxt itirsinlər."

"Gözəl, cazibədar manikenlərin jurnalların üzərində, TV-lərdə tez-tez görünmələrinə şərait yaradin ki, kişilər onları görüb, gercək gözəlliyin bunlarda olduğunu və xarici görünüşün əsas olduğunu düşünsünlər, həyat yoldaşlarını bəyənməsinlər"

"Xanımların çox yorğun olmasına çalışın, bununla da kişilərə lazımi sevgini göstərə bilməsinlər. Daima başları ağrısın. Əgər kişilər lazimi diqqət və qayğını evdə görməsələr, onu çöldə axtarmağa başlayacaqlar. Bu da ailələrin daha tez dağılmasına şərait yaradacaq"

"Onlara mənasız hekayələrlə zəngin kitablar verin ki, övladlarına həyatın gerçək mənasını başa salmaq əvəzinə, o kitabları oxusunlar."

"Onları o qədər məşğul edin ki, çölə çıxıb, təbiəti incələyib, Allahın yaratdıqlarından dərs ala bilməsinlər. Yaradılışın necə mükəmməl olduğunu dərk edə bilməsinlər. Onları bağlı yerlərə, oyunlara, konsertlərə, kinoteatrlara getməyə vadar edin ki, təbiətlə bir yerdə olmağa vaxt tapa bilməsinlər"

"Əgər özü kimi düşünən dostları ilə görüşdüyünü görsəniz, onları dedi-qodu etməyə məcbur edin. Elə şeylərdən danışmalarına şərait yaradın ki, aralarında ixtilaf çıxsın, inciklik yaransın"

"Həyatlarının o qədər gözəl və mükəmməl olmasına çalışın ki, Allahı və Onun gücünü düşünəcək halda olmasınlar. Hər şeyi öz güclərinə əldə etdiklərinə inansınlar. Sağlıqlarına və əldə etdikləri nemətlərə şükr etmək ehtiyacı duymasınlar."

"Bax, budur bizim möhtəşəm plan!!!"


ŞEYTANIN SIZIN QİYMETLİ VAXTINIZI ALMAĞA İMKAN VERMƏYİN. QİYMƏTLİ ZAMANINIZI QİYMƏTLİ İNSANLARLA, YƏNİ BİLİKLƏR ƏLDƏ ETMƏKLƏ, GÖZƏL İŞLƏR GÖRMƏKLƏ, ALLAHI VƏ ONUN RƏSULU MƏHƏMMƏD PEYĞƏMBƏRİ DÜŞÜNMƏKLƏ KEÇİRİN. (MASTER_IER)


Heç düşünmüsünüz BUSY (ingilis dilində "məşğul") sözünün açılışını?

Being Under Satan's Yoke - şeytanın təsiri altında olmaq.

ƏGƏR ÇOX MƏŞĞUL DEYİLSİNİZSƏ, BUNU BİR NEÇE İNSANLA BÖLÜŞÜN...

17 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes