Hərbi jurnalist Asəf Quliyevlə müstəqil Azərbaycanın ilk hərbi
təyyarəçisi, baş- leytenant, şəhid Vaqif Qurbanov haqda Avropa.info-ya
danışıb
- Asəf bəy, xahiş edirəm, şəhid təyyarəçi
Vaqif Qurbanov şəxsiyyəti haqda oxucularımıza məlumat verəsiniz. Onu da
qeyd edək ki, bu gün ictimaiyyətə belə bir igidin adı o qədər də tanış
deyil. Vaqif Qurbanov kim olub və onun döyüş yolu haqda nə deyə
bilərsiniz?
- Vaxtilə sovet ordusundan hərbi təyyarə qaçırtmaq nə qədər asan idi. Bu proses necə baş verib?
Vaqif bu
plandan imtina edir. Amma təyyarənin qaçırılması ideyasından imtina
etmir. Polkda Vaqif Qurbanovla birlikdə xidmət edən texniki heyətdə də
bu ideyaya tərəfdar çıxanlar olur. Beləliklə, Vaqif Qurbanov, Fuad
Məmmədov, Akif Quliyev, Gülbudaq Bunyadov, Bəşir Əliyev, Tofiq Şalbuzov,
Elman Cəlilov “Su-25”-i qaçırmaq qərarına gəlirlər. Həmin dövrdə Sürət
Hüseynov Qarabağ istiqamətində yaranan özünümüdafiə batalyonlarının
hamisi kimi tanınırdı. Təyyarəni qaçırmaq istəyən qrupdan bir neçə nəfər
Yevlaxda Sürət Hüseynovla görüşür və ona bu plan barədə deyirlər. Sürət
Hüseynov bu ideyanı bəyənir və istənilən köməyi göstərməyə hazır
olduğunu deyir. Beləliklə, 8 aprel 1992-ci ildə plan həyata keçirilir.
Bort nömrəsi 27 olan “Su-25” təyyarəsi Müstəqil Dövlətlər Birliyinin
Sitalçaydakı Aviasiya Polkundan qaçırılır. 12 dəqiqədən sonra təyyarə
Yevlax Mülki Aeroportuna endirilir.
Bundan
sonra təyyarə Şəkiyə aparılır. Şəki rayon Polis İdarəsinin rəis müavini
Mahir İlyasov təyyarənin Şəkidə gizlədilməsini təşkil edir.
Vaqif iki gün Şuşaya uçuş edir. Və hər
dəfə də qayıtdıqdan sonra bildirir ki, verilən koordinatlarda heç nə
yoxdur. Mayın 9-da Vaqif Şuşaya uçuşu zamanı idarəetmə mərkəzinə
bildirir ki, Şuşa boşdur, şəhərdə heç bir hədəf yoxdur. Amma ona
bildirilir ki, ermənilər maskalanıb. Vaqif bildirir ki, mən 50-100 metr
hündürlükdə uçuram şəhər boşdur. Amma ona inanmırlar.
Həmin gün Vaqifin Əsgəran istiqamətində uçduğunu görmüşdüm. Amma çox keçmədi xəbər gəldi ki, təyyarəmizi vurdular.
-
Sizcə, nədən indiyə qədər onun haqqında hansısa sənədli film çəkilmir?
Axı Vaqif Qurbanov yenicə qurulmaqda olan müstəqil ordumuzun ilk hərbi
təyyarəçisi olub...
Sürət
Hüseynov mənə Vaqifin Qovlardan olduğun dedi. Qovlarda qohumlarını
tapdım. Onlar mənə Vaqifin həyat yoldaşının koordinatlarını verdilər.
Həyat yoldaşı ilə görüşdüm. O da mənə dostu Fuadın nömrəsini verdi. Fuad
vasitəsiilə digər dostlarını da tapdım. Bayaq adını çəkdiyim Akif
Hacıyevi də tapdım, amma o heç nə demək istəmədi. Bu barədə araşdırmamı
ilk dəfə “GÜN səhər” qəzetində dərc elədim. 2006-cı ildə isə Mehriban
Ələkbərzadə məni yenidən Space TV ilə əməkdaşlığa dəvət etdi. Və orada
“Tam məxfi” silsiləsindən ilk filmim məhz Vaqif Qurbanov haqda oldu. Bir
məqamı da qeyd edim ki, bu günə qədər nə Vaqif Qurbanov, nə də onun
silahdaşları Azərbaycan Respublikasının fəxri ad və mükafatlarına layiq
görülməyib. Vaqif Qurbanovun adı bu günə qədər heç yerdə çəkilmir.
Ailəsinin Müdafiə Nazirliyinə ünvanlığı müraciətlərinə isə belə cavab
verilir ki, o, heç bir hərbi hissədə qeydə alınmadığına görə haqqında
heç nə edə bilməzlər. Halbuki Vaqifin Yevlaxın bir çox uçuşlarına
hazırkı müdafiə naziri Səfər Əbiyev rəhbərlik edib. Səfər Əbiyev də,
Nəcməddin Sadıxov da Vaqifi şəxsən tanıyıblar. Amma...
There are no comments yet.
Leave your comment, start the discussion!