“Ərdoğan gələcəkdə şərab olacaq üzümdür”
49, Moscow, Russia

Yayım Tarixi: 14.10.2012 21:25


haber
Azərbaycanlıların sıx yaşadığı Təbrizin İmam Cüməsi Cümə namazının xütbəsində Türkiyə Suriya məsələlərinə xüsusi diqqət yetirib.

İslamazeri.az-ın Türkiyənin "habername.com" saytına istinadən verdiyi xəbərə görə, Ayətullah Müctehid Şəbistəri Türkiyənin Suriya ilə müharibə ərəfəsində olduğuna işarə edərək Ərdoğanın siyasətini tənqid edərək deyib:”Bir zamanlar Türkiyənin islamçı baş naziri Nəcməddin Ərbəkan Ərdoğanla bağlı mənə maraqlı bir açıqlama vermişdi. Onun açıqlaması bu idi ki, Ərdoğan gələcəkdə şərab olacaq bir üzümdür”.

Türk xalqının müharibə istəmədiyini önə çəkən Təbrizin İmam Cüməsi sözlərinin davamında deyib: “Ərdoğan bu gün Osmanlının geri qaytarılması üçün çalışır. Ancaq bu, tam bir xülyadır. Osmanlı dövrü bitib. Ərdoğan cənabları bilməlidir ki, bölgədə müharibə başlasa, ilk növbədə Türkiyənin iqtisadiyyatı bərbad hala düşəcəkdir”.

ABŞ və İsrailin Türkiyənin Suriya ilə müharibəsindən həzz aldığını önə çəkən Şəbistəri deyib: “ABŞ və İsrail Suriyanın yıxılmasının intizarındadırlar. Çünki Suriyanı yıxmaq İsrailin nəfər almasına zəminə yaratmaqdır. Suriya İsrailin varlığı üçün ən ciddi maneələrdən biridir”.

3 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes