Nəsrulla: Beytül-Müqəddəsin yəhudiləşdirilməsi ilə mübarizə etmək lazımdır
49, Moscow, Russia

(Səhər TV)—Livan Hizbullahının baş katibi Beytül-Müqəddəsin azad olunması və onun yəhudiləşdirilməsi ilə mübarizənin zəruriliyini vurğulayıb.

Seyid Həsən Nəsrulla "Qüds: Fələstin, ərəb və müsəlmanların paytaxtı" mövzusunda keçirilən konfransda etdiyi çıxışında Beytül-Müqəddəsin azad olunması və onun yəhudiləşdirilməsi ilə mübarizənin zəruriliyini qeyd edərək deyib: Beytül-Müqəddəsin gələcəyi ciddi problemlə üz-üzədir və dünya məhvin qarşısında Beytül-Müqəddəsin mühafizəsi üçün öz məsuliyyətini yerinə yetirməlidir.

Seyid Həsən Nəsrullah habelə İsrail rejiminin Beytül-Müqəddəsi öz paytaxtı kimi elan etməkdə israrlı olduğuna toxunaraq deyib: Qüdsün geri qaytarılması üçün müzakirə yolu həqiqəti görməməzliyə vurmaqdır. Çünki İsrail Qüdsün öz əbədi paytaxtı kimi olmasında israrlıdır. Buna görə də Beytül-Müqəddəsin azad olunmasının yeganə yolu İrandan Suriyaya qədər müqavimət mehvərinin stabil olmasıdır.

Livan Hizbullahının baş katibi Beytül-Müqəddəs məsələsinin həllində beynəlxalq ictimaiyyətin acizliyini tənqid edərək deyib: Həmin məsələ səbəb oldu ki, Qüds məsələsi hələ də önəmli bir məsələ kimi qalsın. İmam Xomeyni (rə)-in mübarək Ramazan ayının son cüməsini Ümumdünya Qüds Günü kimi təyin etməsi Qüds amalının davam etməsinin nişanəsidir.

Seyid Həsən Nəsrullah Beytül-Müqəddəsin dağıdılması gedişini və fələstinlilərin sionist rejim tərəfindən məcburən köçürülməsinə toxunub və bildirib: Beytül-Müqəddəsi işğalçılardan hər bir mümkün vasitə ilə təmizləmək və onun yəhudiləşməsi və əhalisinin didərgin düşməsi ilə mübarizə aparmaq lazımdır.B-14

1 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes