Səhər.TV—Bəhreyndə Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin xalq
qiyamını yatırmaq üzrə hərəkətləri bəhreynlilərin iradəsinə xələl
gətirə bilməyəcək.
Bəhreynin siyasi fəallarından İbrahim Əl-Mədhun Əl-Aləm telekanalına
verdiyi açıqlamasında bu məqama toxunaraq deyib: Bəhreyn təhlükəsizlik
qüvvələrinin xalqın dinc etiraz aksiyasını yatırmaq üzrə repressiyaları
bəhreynlilərin iradəsini qıra bilməyəcək. Çünki bu ölkə xalqı öz
tələblərində israrlıdır. Baxmayaraq ki, təhlükəsizlik qüvvələri onlara
qarşı repressiya tətbiq edir.
Əl-Mədhun əlavə olaraq deyib: Ali-Xəlifə rejimi Bəhreyn xalqının
iradəsini məğlubiyyətə uğrada bilməyib. Buna görə də xalqın bu qiyamı
hazırda ərəbistana qədər genişlənib. Xalqlar öz haqlarına nail olmağı
vurğulayırlar.
There are no comments yet.
Leave your comment, start the discussion!