20.05.2011
Ata ve  Ogul
32, Sumgayit, Azerbaidzhan

80 yaşına çatmış yaşlı ata ilə onu ziyarətə gələn 45 yaşında və hörmətli bir işi olan oğlu salonda otururdular. Uzun söhbet etdikdən sonra oğlu susmuş artıq getmək istəyirdi. O anda üzərində oturduqları divanın yanındakı pəncərənin pərvazına bir qarğa qondu. Yaşlı ata qarğaya gülümsəyərək bir az baxdıqdan sonra oğlundan soruşdu:
'Bu nədi oğlum?
Oğlu çaşmış cavablandırdı:
'O bir qarğadı ata.'
Yaşlı ata qarğaya bir az daha baxdıqdan sonra yenə soruşdu:
'Bu nədi oğlum?
Oğlu daha da çaşmış yenə cavablandırdı:
'Ata o bir qarğadır'
Qarğa hələ pərvazda komik hərəkətlərlə başını sağa sola çevirir, başını yan yatırdır, havaya baxır, sonra başını yenə onlara çevirirdi. Yaşlı ata üçüncü dəfə soruşdu:
-Bu nədi?
Oğulunun çaşqınlığı səbirsizliyə dönmüşdü:
'O bir qarğadı ata üç oldu soruşursan. Məni eşitmirsənmi?

Yaşlı ata dördüncü dəfə də soruşduqda oğlunun səbri daşdı və səsini yüksəltdi:
'Ata bunu niyə edirsən? Tam dörd dəfədir onun nə olduğunu soruşursan sənə cavab verirəm və sən hələ soruşmağa davam edirsən. Səbrimi yoxlayırsan?

Atası üzündə hələ bir gülümsəmə göründü yenə. Içəri otağa getdi və əlində bir dəftərlə döndü. Bu bir xatirə dəftəri idi. Oturdu. Səhifələrini qarışdırdı və axtardığını tapdı. Sevgiylə gülümsəməyə davam edərək səhifəsi açıq bir vəziyyətdə dəftəri oğuluna uzatdı və o səhifəni oxumasını söylədi.
Səhifədə yazılmışdı:

'Bu gün 3 yaşındakı kiçik balamla salondakı divanda oturarkən yanımızdakı pəncərənin pərvazına bir qarğa qondu. Oğulum tam 23 dəfə onun nə olduğunu soruşdu. 23-cü dəfə soruşanda da ona sevgiylə sarılaraq onun bir qarğa olduğunu söylədim. Narahat olmaqmı? Xeyr! Onun sualını günahsızca təkrar edişi içimi sevgiylə doldurdu.

0 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes