serhinizi unutmayin
37, Əzizbəyov, Azerbaidzhan

AĞLA SEVGİLİM

Eşidsən qurbətdə dustaqdi yarın ,
Çekilib otağa ağla sevgilim .
O xoş təravətli ,çiçək etirli,
Zülfünə qaralar bağla sevgilim.

İlk dəfə sevgilim demişəm sənə ,
O xoş günləri xatırla yenə .
Darıxdığın an məktub yaz mənə ,
Mənimdə bağrımı dağla sevgilim.

Talehin qisməti qüssə ,kədərsə,
Ayrılıq rüzgari qəfil əsərsə,
Bir gün sevgilindən namə gələrsə
Baxibda vərəqə ağla sevgilim .

Bir gün yenə günəş doğacaq,
Pis günlər tezliklə dalda qalacaq.
Sənində sevgilin azad olacaq,
O günlərə ümid bagla sevgilim.
 

15 views
 
Comments
FAST 02.05.2011

Super

kisi-olun kisi-olun 02.05.2011

saol. qaqas

Blog
Blogs are being updated every 5 minutes