09.05.2011
Ramiz Rovsen
37, Əzizbəyov, Azerbaidzhan

Aldadim

4/10/2011 -Kateqoriya: ramiz-rovsen , Şiir

 

Yoldan ötən xanımlara
Baxım, gözümü aldadım.
Qoy özgələr aldadınca,
Özüm özümü aldadım.

...Ömrüm-günün bu cağında
Nə umuram sabahımdan?!
Oturum yol qırağında
Yorğun dizimi aldadım.

Başım dik, belim bükülü,
Yanmışam külüm tökülür,
Bir az üfürüm bu külü,
Sönən közümü aldadım.

Ömrümün son gecəsində,
Üstümü əcəl kəsəndə,
Ölməyim son nəfəsimdə,
Son nəfəsimi aldadım...
Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen seirler,ramiz rovsen serleri,ramiz rovsen,aldatmaq seiri,aldadim

Bir yagisli negme

12/17/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

Ürəyim incələr yağış yağanda,
Yadıma doğmalar,əzizlər gələr.
Nədənsə gecələr yağış yağanda,
Yuxuma dəryalar,dənizlər gələr.
Gecə yağış yağar-min səs,min səda,
Tikanlı nəğmələr dinləyər gecə,
İynələr sancılan,iynələr batan,
Zənci bədənitək inləyər gecə.
Gecə yağış yağar-qəmlə köklənən,
Bir şair qəlbini əzizləməkçin.
Gecə yağış yağar-gündüz çirklənən,
Günahkar dünyanı təmizləməkçin.
Səma sahibkarı kövrələr yenə,
Açar sandıqları,dəfinələri,
Gecə yağış yağar-yağar şerimə,
Yuyar hecaları,qafiyələri.
Gözlərim yorulub yorğun Ay kimi,
Söndürüb işığı yatacağam mən.
İndi otağımı kəlağay kimi,
Gecənin çiyninə atacağam mən.
İndi otağıma dolacaq gecə,
Gecəni yanımda qalacaq gecə.
Səhər açılanda mənim evimdən,
Qupquru çıxacaq bir otaq gecə..

Rəy (2) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen,ramiz rovsen serleri,ramiz rovsen seirler,ask gifleri,ask resimleri

Sirin-sirin yuxudaydiq

12/15/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.

Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi..

Rəy (1) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen seirler,ramiz rovsen serleri,maraqli sekiller,gul sekilleri,tebiet sekilleri

Gedek biz olmayan yere

12/8/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

...Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!

Rəy (2) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen seirler,ramiz rovsen,ramiz rovsen serleri,ramiz rovsen sherler

Kohne mektublar...

11/17/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

Xəbər gələr daha ömrün qışından,

Soyuyarsan-saçlarına qar düşər.

Ancaq köhnə kitabların içindən

Hərdən-hərdən köhnə məktublar düşər.

...

Əyilərsən,götürörsən gizlicə,

Boylanarsan arvad uşaq görməsin.

Çəkilərsən otağın bir küncünə,

Gizli gilzi oxuyarsan hər sözü.

 

Bu sevgi məktubudu İlahi,

 

 

Indiyəcən ağrıyır hər sözü də.

Yazan qızın nəydi adı,lahi?

Yaddan çıxib sifəti də,üzü də.

 

Oxuduqca lal sətirlər səslənər,

 

 

Yavaş yavaş səsi düşər yadına

Bir hərfdən -qaşı düşər yadına

Bir hərfdən -gözü düşər yadına.

O gözlərdən yadigartək varaqda

Göz yaşının ləkəsini görərsən.

Birdən donu xışıldayar otaqda.

Pəncərədə kölgəsini görərsən.

Diksinərsən,boylanarsan qapıya

“o gölgəni arvad-uşaq gördümü?!”

Tez məktubu atarsan külqabıya,

Yandırarsan hər sözünü, sətrini.

 

Sözlər yanar –kağızı da yandırar,

 

 

Sözlər yanar –o qızı da yandırar.

Sözlər qaçar o alovun içindən,

Sən baxdıqca- basar səni soyuq tərş

Sıra sıra qarışqalartək qaçıb gedər qara qara hərflər.

Təkcə o qız qaça bilməz bu oddan,

Bir quş olub uça bilməz bu oddan.

O qız yanar o alovun içində

Göyə qalxar o alovun dilleri

Alovun dillerine sarmaşıb

Yanar yanar uzun uzun telləri

Yanar bu vaxt saçlarını oxşyan

Uzun uzun barmaqları, əlləri.

 

O qız yanar ərşə çıxar tüstüsü,

 

 

Kağız yanar külqabıda küllənər.

Qəfil birdən külqabının içindən

Yere düşüb bir üzük diyirlənər.

Lap özünü itirərsən-baxarsan

O üzüyü götürərsən baxarsan

Bu üzüyü axı harda görmüsən?

Bu üzüyü görməmisən bəlkə heç.

Sən o qiza haçan üzük vermisən?

Ona üzük verməmisən bəlkə heç.

 

Arvadın da qəfil girər qapıdan,

 

 

-Əlindəki nədi?-deyer.

- o üzüyü nə yaxşı ki tapmısan,

Neçə vaxtdı itirmişdim gəzirdim.

 

Sonar gələr səndən alar üzüyü:

 

 

-Bunun rəngi niyə belə qaralıb?

Barmağına güclə salar üzüyü:

-Ele bil ki,bir balaca daralıb.

 

Külqabıdan tüstü qalxar hələ də

 

 

O məktubun külü hələ də işarar

Maddım maddlm durub baxar arvadın

O tüstüdən bir cüt gözü yaşarar.

 

Heç olmas pəncərəni aç deyər-

 

 

Burda necə oturmusan sən necə?!

Bu nə yanıq qoxusudu,İlahi,

Elə bil ki adam yanıb indicə.....

 

Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : mektublar seiri,ramiz rovsen,ramiz rovsen seirler,ramiz rovsen serleri,ramiz rovsen sevgi s

Bir qosma yazacam bugun men sene

9/26/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

Bir qowma yazacam bu gun men sene
Heyatin acisin dadacam yene
Ayaqlar altina atdiqin qelbi
Goylere qaldirib verecem sene
Goydeki inancim Allahim teksen
Yerdeki Sevdiyim Aygunum sensen
Inanki sevgimi goye sovraram
Qelbinde kiminse olduqun bilsem


Goydeki inancim Allahim teksen
Yerdeki Sevdiyim Aygunum sensen
Inanki sevgimi goye sovraram
Qelbinde kiminse olduqun bilsem

Goydeki inancim Allahim teksen
Yerdeki Sevdiyim Aygunum sensen
Inanki sevgimi goye sovraram
Qelbinde kiminse olduqun bilsem

Deyirsen sevgi yox baqlanmaqdi bu
Ewq deyil kendini aldatmaqdi bu
Bes onda sevgi yox baqlanmaqdisa
Niye,Nizami yaratdi deli Mecnunu
Səni sevdim sevilmədən, -

Dodağımda öpülməyən,

Hələ sənə deyilməyən,

Sözlərim qaldı, əlvida!

 

Güc yox ümid bəsləməyə,

Təzə sevgi gözləməyə,

Sifətimi gizləməyə,

Dizlərim qaldı, əlvida!

 

Uçmadım quşlar içində, -

Yadlar, tanışlar içində,

Yağan yağışlar içində

Gözlərim qaldı, əlvida!

 

Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen,ramiz rovsen serleri,ramiz rovsen sevgi seirleri,sevgi seirleri,ramiz rovsen sherleri

Guzgu

9/24/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

BU güzgüyə bir vaxt qoşa baxardıq,-

     bu güzgüdə yerin indi boş qalıb.

Bəlkə səndən güzgünün canında

   dodaq qalıb,kirpik qalıb,qaş qalıb?

 

Göz yaşların canındadı, bəlkə də

   damla-damla əriyəcək bu güzgü.

Bir gün sənin ayagınla dünyada

    ayaq açıb yeriyəcək bu güzgü.

 

Bəlkə, səni axtaracaq, gəzəcək

    milyon-milyon adamların içində.

Görən kimi tanıyacaq üzünü

    ən qaranlıq axşamların içində.

 

Qaçacaqsan bu güzünün əlindən,

Dönəcəksən o döngəyə, bu tinə.

Adamları, maşınları, evləri

Atacaqsan bu güzgünün cənginə.

 

Yenə, yenə doymayacaq bu güzgü,

    bir şəhəri udub udub gələcək.

Səni gözdən qoymayacaq bu güzgü,

    yeri-göyü tutub, tutub gələcək.

 

Sən qaçdıqca yellənəcək saçların,

BU güzgüyə pay düşəcək saçından.

İpək donun yelləndikcə güzgüyə,

Pay düşəcək ətəyinin ucundan.

 

Qaçıb-qaçıb özünü  yoracaqsan,

Qəfil birdən görəcəksən o daşı.

BU güzgünü daş atıb qıracaqsan,

Bu güzgüdən dağılacaq göz yaşın.

 

Hər tikəsi qayıq təki üzəcək,-

    dörd tərəfi göz yaşınla dolunca.

BU güzgünün bəlkə hər tikəsindən

    dodaqların çığıracaq dalınca.

 

...Bu da belə bir nagıldı yalandan,

Sən ki,yoxsan,getdiyin o gedəndi.

Bu güzgü də yürindədi, yerində,

Bu güzgü də yenə sağdı,bütövdü.

 

Sınan güzgü axı bir də calanmaz,-

   bəlkə Tanrı özü görüb bu işi?!

Bu güzgünün hər tikəsi bəlkə də,

   damla-damla göz yaşınla bitişib.

 

Bəlkə səndə bu güzgünün canında

    dodaq qalıib,kirpik qalıb,qaş qalıb.

Göz yaşların canındadı hələ də,

     göz yaşların qurumayıb, yaş qalıb.

 

BU güzgüdən gəlib keçir xanımlar,

Özlərinə baxıb-baxıb keçirlər.

Dodağından dodaqları rəng alır,

Kirpiyindən kirpik taxıb keçirlər.

Göz yaşınla dolur, dolur gözləri,

Baxır yerə, baxır göyə ağlayır.

Bu nə dərddi-heş bilmirlər özləri,

Heç birisi bilmir niyə ağlayır...

Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen,ramiz rovsen seirleri,ramiz rovsen serleri,ramiz rovsen sherleri,sevgi seirleri

Ax bu qizin barmaqlari

9/24/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

Ax, bu qızın barmaqları

Barmaqlarıma dəymədi.

Ürəyim ağrıyan gecə…

Gəlib qapımı döymədi.

 

Ax, bu qızın barmaqları

Bir məktub yazarmı görən?

Bir gün eşitsə ölmüşəm,

Qəbrimi qazarmı görən?

 

Ax, bu qızın barmaqları

Bir üzük taxdı belinə.

Qız idi,dinə bilmədim,

İndi nə deyim gəlinə?!

 

Ax, bu qızın barmaqları,

Uzun-uzun barmaqları,

Döymədi, anam, döymədi

Qapımızı barmaqları

Rəy (yok) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen,ramiz rovsen seirleri,ramiz rovsen serleri,ramiz rovsen sheirleri,sevgi seirleri

Kiprik goze yiye durmaz

9/24/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

Kiprik gözə yiyə durmaz,

Ağız sözə yiyə durmaz,

Dunya bizə yiyə durmaz,

…Dünyanın da yiyəsi yox.

 

Dərdimiz-sərimiz birdi,

Hər dərdin canı səbirdi,

Hər ömrün sonu qəbirdi,

Daha bunun niyəsi yox.

 

Bu ömrü bizə kim biçdi,

Fələyin felinə düşdük,

Bir dərzi əlinə düşdük,

Qayçısı var, iynəsi yox

Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen seirleri,ramiz rovsen,ramiz rovsen sheirleri,ramiz rovsen serleri,sevgi seirleri

Olende

9/24/2010 -Kateqoriya: ramiz-rovsen , Şiir

Qebrim de yoxdu ki, deyem;
Ustune bir gul der apar.
Ya lap hava qaralanda,
Ya lap seher-seher apar.

Ne olsun sagam, diriyem,
Onsuz da, sensiz oluyem,
Ureyinde bir azca qem,
Bogazinda qeher apar.

Ele bilir, oglu sagdi,
Hele dunenki usaqdi,
Olmusem, xeberi yoxdu,
Anama da xeber apar.

Rəy (0) Rəy yaz! Qalıcı Bağlantı
Etiketler : ramiz rovsen seirleri,ramiz rovsen,ramiz rovsen serleri,ramiz rovsen sheirleri,sevgi seirleri

Yavas-yavas sevdim seni

9/24/2010 -Kateqoriya: ramiz-rovsen

Yavaş-yavaş sevdim seni,
Her gün bir az da sevdim.
En çox bu qış sevdim seni,
Qarda, ayazda sevdim.

Gör bir ne tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçektek sevdim seni.
İstisine qızındığım
Ocaqtek sevdim seni.

Hele bu cür sevmemişdim
Ömrüm boyu heç kimi.
Seni sevdim qar üstünde
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Ne baxırsan göye sen?
Deyirsen ki, güneş çıxıb,
Qar eriyir deyesen…

Ne var Allahdan yuxarı?
Ne var qebirden aşağı?
Çekdiyim ahdan yuxarı?
Bildiyim sirden aşağı?

Niye günün gündüzünde
Quşlar azır göy üzünde?
Göz yaşları quş gözünden
Tökülür den-den aşağı.

Deme, biz ki quş deyilik,
Allaha
tanış

60 views
 
Comments
jale--85 09.05.2011

Ramiz Rovwen yaradiciligi onunde baw eyirem

Blog
Blogs are being updated every 5 minutes