Seir olmaz istiyirem
37, Əzizbəyov, Azerbaidzhan

Şeir olmaq istəyirəm

Şeir olmaq istəyirəm…
Sətir –sətir,
Misra –misra oxunmaqçün.
Şeir olmaq istəyirəm,
Qar kimi ağ vərəqlərə gəlib qonaq,
Təkcə sənin əllərinə toxunmaqçün.
Gözlərindən yaddaşına köçmək üçün,
Qəlbindəki arzuları şirin su tək içmək üçün,
Ürəyinə gedən yolu bir gün gəlib keçmək üçün,
Milyonların arasında təkcə səni seçmək üçün,
İstəyirəm olum şeir.
Gör sevgi həsrətli könlüm ,
Şerə dönüb nələr deyir.
Şeir olmaq istəyirəm,
Xəyalların qanadında səni uzağa aparım.
Bircə anlıq olsa belə kədərin əlindən səni,
Var gücüm ilə qoparım.
Sənə bütün dünyamızın sevincini bəxş eləyim.
Gözlərinə silinməyən təbəssümü nəqş eləyim.
Saçlarına sığal çəkən mehə dönüm,
Yanağınçün həsrət çəkən ,
Göz yaşına, şehə dönüm.
Yağışdan rica eləyim yollarına nur çiləsin.
Yağış göydən gələn nurdur,
Qoy sənə uğur diləsin.
Şeir olmaq istəyirəm,
Dodağından ürəyinə damcı –damcı süzülməkçün,
Göz yaşına yoldaş olub yanağına düzülməkçün,
Dərdini öz dərdim bilib bu dərd ilə üzülməkçün,
Sevincimin hamısısnı sənə verib,
Səninlə bir sevinməkçün istəyirəm olum şeir.
Dönüb bir sevən insanın döyünən, vuran qəlbinə,
Çevrilərək bu şeirlə bir “sevirəm” kəlməsinə,
İstəyirəm olum şeir.
Nəğmələrdə yaşamaqçün,
Sənin adını hər sətrin əvvəlində daşımaqçün,
Dönüb parlaq bir ulduza yoluna nur saçmaq üçün,
Qəlbimi ,gözümün nuru, təkcə sənə açmaq üçün,
Dönüb olacağam şeir.
Nə deyirlər qoy desinlər,
Dönüb olacağam şeir.
 

1 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes