GEL SENE  BIR NAGIL DANISIM.....
37, Əzizbəyov, Azerbaidzhan

Gəl, sənə bir nağıl danışım...xoşbəxt olmaq üçün bir körpənin gülüşünü belə səbəb bilən şahzadələrdən...
Gəl, sənə bir nağıl danışım... Saf arzular dünyasından...
Gəl, sənə bir nağıl danışım...Heç bitməyəcək xoşbəxtlikdən, heç ölməyəcək sevgidən, heç solmayacaq çiçəklərdən...
Gəl, sənə bir nağıl danışım.. Dünyanın ən gözəl nağılını danışım...Sənə..Təkcə sənə... Dünyanın ən gözəl nağıl danışıb, bu nağılın gerçək olduğuna inandıra bilən birinə...
Bu dəfə hər şey əksinə olsun qoy...
Bu dəfə nağılı mən danışım...sən dinlə...
Bu dəfə nağıla sən inan...mən inandırım..
Bu dəfə nağıl xoşbəxtlikdən olsun...ayrılıq yaxın düşə bilməsin mənim nağılıma..
Bu dəfə nağılı mələklər danışsın, şeytanlar dinləsin... həm də mələklərin sakitcə, səssizcə dinlədiyi kimi...
Bu dəfə mələklər şeytanları aldatsın qoy bu nağılla...
Bu dəfə şeytanlar ağlasın bu şirin nağılın tez bitdiyinə....
Bu dəfə şeytanlar reallıq olmasa da bu nağılın davam etməsini istəsin...
Və bu dəfə şeytanlar mələklərə yalvarsın ki... “bitməsin bu nağıl... mənim həyatım bu nağılda qərarlaşıb..”
Və bu dəfə mələklər həzz alsın şeytanları nağılın içində oyuncaq kimi oynatdıqlarına...
Və bu aldanışdan bütün dillərdə dastan olacaq dünyanın ən gözəl nağılı yaransın...
Gəl, sənə bir nağıl danışım...Dinlə məni... Biri var idi... biri yox idi....


P.S. Yazı mənə aiddir. Heç bir saytda qoyulmasın!

 

2 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes