27.07.2011
NAGIL
37, Əzizbəyov, Azerbaidzhan

Nədənsə nağıl qəhrəmanlarına bənzəmək istər insanlar.Onlar kimi yaşamaq, onların sonluğu ilə sonlanmaq istəyərlər.Nağıl kimi 1 həyat.Amma nağıl qəhrəmanları canlansalar görəsən razı qalarlar mı öz həyatlarından? Məsələn canlanıb Yatmış gözəl.Bəlkə də yaxşıdır yatmaq.Rahatsan və heç nə düşünmürsən.Nə bir problem nə də bir dərd.Amma həyatın 1 öpüşdən asılı olacaq qədər ucuzdur.Gözəldir amma yatmış.Oyanması isə şans işi.Dəyərmi belə ucuz həyatlı nağıla? Məncə yox.



Kimsə Su pərisinə özənir bəlkə.Dəniz ki gözəldir.Hələ üzə bilmək və qeyri adiliyin pik nöqtəsi olmaq.Şirin nağıldır bəlkə də amma dəniz altı akulaları unutmasaq.Axı nağıl belə bəzən acımasız olur.Ona bənzəmək üçün üzgəcimiz çatmır bəlkə.Amma məhkum olmaq dənizə və havanı uda bilməmək..




Düyməcik olsaq bəlkə.Çox kiçik olsaq kimsələr bizi görməsə.Məhkum olsaq özümüzə.Amma gözəlliyimiz boyumuz qədər olmasa və görəcək hər kəsi valeh etsək.Bir halda ki o gözəllik kor qunduza qismət olacaq dəyər mi Düyməcik olmağa?
Alisa olsaq birdən-birə və düşsək möcüzələr diyarına.Macəralar və qeyri adiliklər.Realdakı möcüzələri görə bilmədiksə nağılda o gözəllikləri yaşamaq mümkün olacaq mı görəsən?Yəqin ki yox.Öz möcüzəmizi özümüz yaratsaq.



Rapuzar olsaq bəlkə.Böyük bir qəsrə məhkum olsaq.Uzatsaq saçlarımızı.Ən dəyərlimiz o olsa və gözləsək..gözləsək 1 gün bizi qurtaracaq ağ atlını və o gəlsə.Amma qurtarmaq üçün vasitə bizim saçımız olsa.Hər çəkilişində incitsə bizi.Hələ xilasda incidən şəxsdən sonra nə xoşbəxtlik görə bilərik ki? Heç nə.



Deməli seçim qalmadı.Hər şey əkshik və hər şey natamamdır.Əslində isə hər birimiz öz dünyamızın nağılını yarada bilərik.Bütün gözəllik və sehri ilə birlikdə bir dünya.Sadəcə adı belə olacaq- Nağıl..
 

4 views
 
Comments
diplomatka21 27.07.2011

Dushundurduyun uchun...

Maraqli olansa,menim nagilimi bashqalarinin yaratmasidi.. menim bash qehremani oldugum nagilim choxlari uchun esrarengiz,oxunulmasi gerekli ve ibretamizdi... ve done-done oxunur... her kes bir-birine danishmaqda da davam edir her oten gun.. mewhur sevilen bir nagil qehremaniyam.. amma ozum ne bu nagilda yer almaq ne de bu rolu oynamaq istemirem.. Indi ya ozum uchun o nagili bashdan yazmaliyam, ya da meni ve nagilimi sevenler adina onu yashatmaliyam.. Imtahan murekkebdi,xeyirlisi inwALLAH...

kisi-olun kisi-olun 27.07.2011

yaxsi olar..

Blog
Blogs are being updated every 5 minutes