Hisslər sözlərdən daha hızlıdır
35, Roseau, Dominica

Bəzən, ən xoşbəxt olduğun anda belə, hüzn dənizlərinin səni çəkib götürməsidir eşq.Eşqin bir tərəfi həmişə hüzn,kədər daşıyar. Sevgilin yanındadır, canındadır, içindədir, burnunun dibindədir amma birdən göynəyər burnun. Bir səhər oyandığında onu yanında tapa bilməmək düşüncəsi gəlib batmışdır beyninə. Ölərsən, ölməsənsə də öləcək kimi olarsan. Sarılarsan, "Ayrılmayaq olarmı?" deyərsən. Utanmasansa ağlıyarsan. Hətta utansansa belə ağlıyarsan. İki damla yaş süzülər gözlərindən sevgilin baxar "Nə oldu indi?" deyə soruşar. "Yox bir şey, səni elə çox sevirəm ki..." deyərsən, gülümsəyərsən. Eşqin hüznünü belə sevərsən...
Bəzən, sevgilini və səni eyni qəfəsin içində iki məhbus kimi hiss etdirər eşq. Qəfəsin qapısı açıqdır amma çıxıb gedə bilməzsən. Nə olursa olsun, hansı şərt altında olursa olsun o eşqə dair ümid edə biləcək vəziyyətdəsindir çünki. Möhkəm bir zəminə basa bilmirsən, basdığın yer ayaqlarının altından sürüşüb gedir, buna da maneə ola bilmirsən amma "Yaşayacaq, paylaşacaq daha çox şeyimiz var" deyib getmirsən. Hətta "Bundan sonra yaşamasaq, paylaşmasaq da olar. Bu günə qədər bölüşdüklərimiz uzun bir müddət yetər mənə" deyirsən. Getmə fikri, tək olma fikri bütün bədənini titrədir. Eşq səni buraxmır...
Bəzən, hiss etdiklərini heç cür dilə gətirə bilməməkdir eşq. Çox sevirsən, dəli kimi sevərsən, canını verəcək qədər çox sevərsən. Bütün bu cümlələri də qurursandır amma hiss etdiklərini tam olaraq əks etdirmədiyini bilirsən. Hiss etmək sözdən daha sürətlidir çünki. Sözlər çatmaz bunun sürətinə. Söylədiklərin, söyləyə biləcəklərin, onun üçün hiss etdiklərinin yüzdə biri belə ola bilməyəcək. Yaxşı belə çox sevmək zərərlimi ? Bir adama məhkum olaraq sevmək? Burax, bu eşqin zərəri də bu olsun. Ödənəcək əvəzlər vardır eşqdə, ödəməkdən qorxan haqqını verə bilməz eşqin. Eşq, əvəz ödəməyi gözə alanları sevər...
Bəzən darıxmaqdan başqa heç bir şey edə bilməməkdir eşq. Səni ondan ayıran saatların, günlərin, yolların düşmənisindir. Görüşmələr çətindir. Az nadirən görüşmələrin böyük hissəsi, ayrılıqdan qaynaqlanan soyuqlaşmanı məğlub etməyə çalışmaqla keçər. Və qəribədi ki; zaman belə vəziyyətlərdə hər zamankindən daha tez keçər. Sən daha öpə bilmədən, iyləyə bilmədən yeni bir zəruri ayrılığa məhkum olarsan. Həmişə bir yarım qalmışlıq duyğusu, həmişə boğazda udqunma hissi... Həsrət mahnılarının melodiyaları qulağından girib ürəyinə çatar, sonra da damla damla gözlərindən axar... Darıxmağa dözə bilənlərin, həyatdakı bir çox çətinliyə daha asan dözə bildiyini bilirdin? Darıxmaq da qovuşmaq kimi, görüşmək kimi, sevişmək kimi eşqə daxildir.

5 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes