Olmuşam hər zaman bir ALLAH qulu.
39, Baku, Azerbaidzhan

İnnən sonra nə gərəkdi bu sevgi,

Əgər gözdən düşüb saralıbdırsa.
Nə axtar, nə də ki ara bu eşqi,
Başqa bir tərəfə yön alıbdırsa.

Məhəbbət riyazi termin deyil ki,
Vurasan, böləsən,çıxasan nəsə.
Sevəndə dünyada elə sevin ki,
Bənzədən olmasın vəfasız kəsə.

Dünyanın qonağı mehmanı olub,
Gəlmişik yaşayaq adam sayağı.
Artıq əzrayılın planı dolub,
Gedəndə nə lazım qoyaq qınağı.

Tanımaq istəsən əgər yaxından,
Məni misra-misra oxumaq gərək.
Bir gün köçəcəyəm gec-tez dünyadan,
Gəlib aparacaq məni də fələk.

Vaxt olan məqamda yazıram belə,
Azmaram yolumdan, tanı Seymuru.
Düşsəm də söhbətə, düşsəm də dilə,
Olmuşam hər zaman bir ALLAH qulu.



MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

9 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes