SƏNƏ ÜRƏYİMİ GƏTİRMİŞƏM AL
39, Baku, Azerbaidzhan

Fevralın on dördü,axşam çağında,

Görüşək əzizim sevgi bağında,

Hədiyəm varımdı bir bağlamada,

Nə ipək,nədə ki baş örtüyü şal.

Sənə ürəyimi gətirmişəm al.


Hüsnü camalına sözlərim çoxdur,

Qeyri birisində gözlərim yoxdur,

Gedişin qəlbimə sancılan oxdur,

Nolar birazcada otur getmə qal.

Sənə ürəyimi gətirmişəm al.


Eşqimin bağında gül açmış çiçək,

Dərdimi unutdum üzünü görçək,

Ay,yoldan ötən bizə şəkil çək,

Baxınca bir zaman xatirənə sal.

Sənə ürəyimi gətirmişəm al.


Gəl bura nişanə qoşa iz qoyaq,

Adımızın baş hərfin silinməz yazaq,

Əhd edək əbədi peyman bağlayaq,

Gül üzlü gözəlim,dodaqları bal.

Səni ürəyimi gətirmişəm al.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

140 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes