İnsan ona kiçik qulluq göstərən və ya yaxşılıq edən bir insana bu gözəl davranışından duyduğu məmnuniyyəti dərhal göstərmək istəyir. Məsələn, onu evində saxlayan, qulluq göstərən şəxsə minnətdarlıq edir, xüsusilə də ev sahibi diqqətli insandırsa və heç bir söz soruşmadan qonağın hər ehtiyacını tamamilə ödəyirsə... Ciddi xəstəliyi olan insan da həkimin müalicəsi ilə şəfa tapanda ona necə təşəkkür edəcəyini bilmir. Bir insan yolu keçərkən onu maşın vurmasından xilas edən insana həyatını borclu olduğunu söyləyib həmin adamı mükafatlandırmaq istəyir və ona olan minətdarlığını göstərmək üçün əlindən gələn hər şeyi edir. Hər insan ona sürprizlər edən, gözəlliklər bəxş edən, yaxşılıqlar edən şəxsləri çox sevir, onlara qarşı hörmət və qayğı göstərməkdə səhv etməməyə çalışır. Ancaq bəzi insanların unutduğu çox mühüm həqiqət var: Bir insanı sevindirən, onun qayğısına qalan, ona gözəl ruzilər, nemətlər bəxş edən, xoşuna gələn mənzərəni yaradan, hər səhər oyananda ona həyatını yenidən bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələnəndə ona şəfa verən, dərmanlar vasitəsilə ağrısını kəsən və ya kədərini unutduran, bütün canlı və cansız varlıqların sahibi Allahdır. Odur ki, insan sahib olduğu nemətlər və qarşılaşdığı gözəlliklərə görə sevgisini, hörmətini, minnətdarlıq duyğusunu, vəfasını və şükrünü Allaha yönəltməlidir. Bir insana köməyə görə təşəkkür edərkən onu bu yardıma ilhamlandıraraq rəhmətini çatdıranın Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayədə belə bildirmişdir:
Coooox sag ol